1-ci Liqa: 7-ci turun startı baş tutmadı

1-ci Liqa: 7-ci turun startı baş tutmadı
Azərbaycan 1-ci Liqasında 7-ci turun startı baş tutmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün 15:00-da başlaması planlaşdırılan "Mingəçevir" - "Şahdağ Qusar" matçı keçirilməyəcək.
Buna səbəb "işıqçılar"ın cari mövsüm maaş üzünə həsrət qalmasıdır. Üstəlik, klubun ötənildən 200 min manatdan artıq borcu var ki, bu səbəbdən dövlət datasiyası da hesaba köçürülmür. Bir sözlə, şəhərlilərin gələcəyi qeyri-müəyyəndir.
Dəqiq olan budur ki, "Mingəçevir" bugünkü matça çıxmadığı üçün texniki məğlubiyyət alacaq.
Peşəkar Futbol Liqasının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.
1-ci Liqa
7-ci tur
4 noyabr
15:00. “Mingəçevir” – “Şahdağ Qusar” (baş tutmayıb)
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər