Fabreqas 9:1 qalib gəldikləri matçda nəyə əsəbiləşib? - Açıqlama

Fabreqas 9:1 qalib gəldikləri matçda nəyə əsəbiləşib?  - Açıqlama
"Komo"nun (Como) baş məşqçisi Sesk Fabreqas (Cesc Fàbregas, Cesc Fabregas) Çempionlar Liqasında "Lans"a (Lens) 9:1 hesabı ilə qalib gəldikləri oyunda qol buraxdıqdan sonra əsəbiləşdiyini etiraf edib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" ispaniyalı mütəxəssisin oyunsonrası fikirlərini belə çatdırıb:
"Qol buraxdığımız üçün əsəbiləşdim. Üç əvəzetmədən sonra müdafiədə bəzi dəyişikliklər etdik. Üstəlik, bu qolun müəllifi "Monako"da (Monaco) birlikdə oynadığım keçmiş komanda yoldaşım Ruben Aqilar (Ruben Aguilar) oldu. Ona dedim ki, əvvəllər heç vaxt belə gözəl qol vurmadığını görməmişəm! Bu, həqiqətən möhtəşəm qol idi".
Xatırladaq ki, ev sahibi komanda təsəlli qolunu 65-ci dəqiqədə vurub. Həmin vaxta qədər italiyalı qonaqlar artıq 7:0 hesabı ilə öndə olub. Qalan vaxtda "Komo" daha iki dəfə fərqlənib.
"Komo" Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində hazırda doqquz xalla dördüncü yerdədir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər