UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində dünən evdə "Roma"nı məğlub edən (3:2) "Mançester Yunayted"in (Manchester United) kapitanı Brunu Fernandeş (Bruno Fernandes) komandası bu turnirdə "Komo"ya (Como) uduzduqdan (1:4) sonra İngiltərə Premyer Liqasında "Bornmut"la (Bournemouth) görüşdə (0:3) ehtiyatda qalmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 58-ci dəqiqədə "canavarlar"ın qapısına yol tapan portuqaliyalı belə danışıb:
"Baş məşqçi məni ehtiyatda saxlamaq qərarını yetərincə yaxşı təsir bağışlamadığım üçün verdi. Məncə, ədalətli yanaşmadır. Hamı düşündü ki, bu, "Komo" ilə oyundan sonra dediyim sözlərə görədir. Lap belə olsa da, doğru qərar idi. Reallıqla barışmalı və yoluma davam etməliyəm. Bu mənim məşqçiyə, komanda yoldaşlarıma olan inamımı itirmir, hər növbəti oyunda da qələbə qazanmaq isəyimə problem yaratmır".
Xatırladaq ki, Fernandeş "Komo"dan aldıqları ağır yenilginin ardından komandasının taktikasını tənqid etmişdi.
Nihat