"Mançester Yunayted" (Manchester United) rəhbərliyi Maykl Kerrikin (Michael Carrick) əvəzləyicisi kimi "Aston Villa"nın baş məşqçisi Unai Emerinin (Unai Emery) namizədliyini nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, "Aston Villa" rəhbərliyi təcrübəli mütəxəssisi komandada saxlamaqda son dərəcə qərarlıdır və onun klub üzərindəki geniş nüfuzu "Old Trafford"a keçidini mürəkkəbləşdirə bilər.
Mançester təmsilçisi baş məşqçi postu üçün həmçinin Eddi Hau (Eddie Howe) və Yulian Nagelsmannın (Julian Nagelsmann) da namizədliyini qiymətləndirir.
Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı "Mançester Yunayted"in sükanı arxasında dəyişikliyin baş verməsi ehtimal olunur.