Yamal Mbappenin rekordunu qırdı

Yamal Mbappenin rekordunu qırdı
"Barselona"nın (Barcelona) vingeri Lamin Yamal (Lamine Yamal) UEFA Çempionlar Liqasının tarixinə düşərək yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu "Aston Villa" ilə qarşılaşmanın 7-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Bununla da o, turnir tarixində 20 yaşına qədər ən çox qol vuran futbolçu adına sahib olub.
Bu qol Yamalın Çempionlar Liqasında keçirdiyi 37-ci matçda 14-cü dəfə fərqlənməsi olub. Beləliklə, o, 20 yaşına qədər 13 qol vurmuş Kilian Mbappenin (Kylian Mbappé, Kylian Mbappe) göstəricisini geridə qoyub.
Xatırladaq ki, Lamin Yamal Çempionlar Liqasında start heyətində meydana çıxan ən gənc futbolçu, eləcə də bir qarşılaşmada həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc oyunçu rekordlarının da sahibidir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər