"Vikinq" – "Sabah" matçında diqqət çəkən fakt

"Vikinq" – "Sabah" matçında diqqət çəkən fakt
Məşhur beynəlxalq idman portalı "OneFootball" Çempionlar Liqası çərçivəsində keçirilən "Vikinq" – "Sabah" qarşılaşması ilə bağlı maraqlı bir göstəricini işıqlandırıb.
Fanat.Az xəbər verir ki, Norveç təmsilçisi "Vikinq" meydana çıxan 11 nəfərlik heyətində yalnız tək bir əcnəbi futbolçuya (avstraliyalı müdafiəçi Canni Stensness) şans verdiyi halda, qalan 10 oyunçunun hamısı norveçli olub.
Azərbaycan təmsilçisi "Sabah" isə tam əksinə, heyətdə cəmi 1 azərbaycanlı futbolçu (Abdulla Xaybulayev) ilə mübarizə aparıb və qalan 10 mövqeni legionerlər tutub.
Qeyd edək ki, görüş norveçlilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər