FIBA Avropa Kuboku: "Gəncə" "Universitatiya"ya məğlub oldu

FIBA Avropa Kuboku: "Gəncə"  "Universitatiya"ya məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, V turda Rumıniyada "Universitatiya" (Universitatea) komandasının qonağı olan Murad Dikmənin (Murad Dikmen) baş məşqçisi olduğu kollektivi 96:105 hesabı ilə uduzub.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" (Sporting) komandasını 69:67 hesabı ilə üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər