"Qarabağ"ın heyətində göstərdiyi parlaq oyunla azarkeşlərin sevimlisinə çevrilən, hazırda isə Ukraynanın "Polesye" (Polissya) klubunda çıxış edən Leandro Andrade yenidən milli komandadan dəvət alıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Kabo-Verde milli komandasının Afrika Millətlər Kuboku-2027-nin seçmə mərhələsi çərçivəsində Liberiya yığmasına qarşı keçirəcəyi iki vacib qarşılaşma üçün rəsmi heyətə daxil edilib.

"Polesye" klubu sosial media hesabında paylaşım edərək Andradeyə yenidən milli komandaya qayıtdığı üçün təbriklərini çatdırıb və ona 13 və 17 noyabr tarixlərində baş tutacaq oyunlarda uğurlar arzulayıb.