"Barselona" qarşıdakı vacib oyunda əsas futbolçularından biri Rodridən yararlana bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Məlumata görə, İspaniyalı yarımmüdafiəçi zədə səbəbindən La Liqanın 12-ci turunda "Atletiko Madrid"ə qarşı meydana çıxmayacaq.
Futbolçu "Aston Villa" ilə UEFA Çempionlar Liqası matçında (3:0) əzələ narahatlığı hiss edib və fasilədə əvəzlənib.
Noyabrın 4-də aparılan tibbi müayinələr Rodrinin sağ ayağının arxa bud əzələsində yüngül zədə olduğunu təsdiqləyib.
Klub futbolçunun dəqiq bərpa müddətini açıqlamayıb. Bununla belə, İspaniya mətbuatında onun təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qala biləcəyi bildirilir. Rodrinin yoxluğunda onun yerini tutmaq üçün əsas namizədlərdən biri Mark Bernaldır. Digər variant isə Frenki de Yonqdur.
Əlisahib İbrahimli