1-ci Liqa: "Səbail" ilə "Gəncəbasar"ın Masazır duelini kim qazanacaq?

1-ci Liqa: "Səbail" ilə "Gəncəbasar"ın Masazır duelini kim qazanacaq?
Azərbaycan 1-ci Liqasında 7-ci tur başlayır.
Fanat.Az xəbər verir ki, görüşləri eyni vaxtda start götürəcək turun bu gün 5 oyun keçiriləcək.
Mərkəzi oyunda çempionluğa iddialı iki komanda “Səbail” ilə “Gəncəbasar” üz-üzə gələcək. Prinsipial matç Masazırda baş tutacaq.
Bundan başqa, "Baku Sportinq" "Xankəndi"ni, "Karvan-Yevlax" "Şimal"ı, "Zaqatala" isə MOİK-i sınağa çəkəcək.
Qeyd edək ki, tur ötən gün start götürməli olsa da, "Mingəçevir" - "Şahdağ Qusar" matçı baş tutmayıb. "İşıqçılar" maddi problemlərlə bağlı olaraq ev oyununa çıxmaqdan imtina edib. "Şahdağ Qusar"a texniki qələbə veriləcəyi gözlənilir.
1-ci Liqa
7-ci tur
5 noyabr
15.00. “Baku Sportinq” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Baku Sportinq Arena”.
15.00. “Karvan-Yevlax” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Rəşad Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu.
15.00. “Zaqatala” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15.00. “Səbail” – “Gəncəbasar”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Masazır. “Bank Respublika Arena”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər