"Vikinq"in baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan (4:1) sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Bu, həqiqətən də möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən sonra futbolçularıma dedim ki, siz adınızı klubun tarixinə qızıl həriflərlə yazdırdınız. Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı çıxış etdik. Düşünürəm ki, qələbəyə layiq olan tərəf elə biz idik".