Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində bu gün ilk ev oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya seçməsi ilə qarşılaşacaq.
Saat 16:00-da başlayacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Çiara Perona olacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ilk oyununu ötən ay səfərdə Çexiyaya qarşı keçirmiş və 1:2 hesabı ilə uduzmuşdu. Növbəti oyun noyabrın 8-də Bakıda Latviyaya qarşı olacaq.
DÇ-2028
Əsas mərhələ, 12-ci qrup
5 noyabr
16:00. Azərbaycan – Çexiya
Hakimlər: Chiara Perona, Martina Pikkolo, Simone Zanfino (Hamısı İtaliya).
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Lənkəran. Olimpiya İdman Kompleksi.