"Sabah" dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsində Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb məğlubiyyətlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məncə, görüş ilk başlanğıcdan bərabər səviyyədə gedirdi. Düzdür, ilk hissədə fərqli oyun üslubları izləyirdik. Rəqib daha çox topa sahib olsa da, dominantlıq etsə də, "Sabah" yaxşı əks-hücumlar edirdi. Bu da, düşünürəm ki, düşünülmüş bir addım idi. Topu ələ keçirəndən sonra rəqibin müdafiəsində boşluqlar olurdu və "Sabah" böyük qüvvə ilə, yəni 4-5 oyunçu ilə sürətli əks-hücumlar təşkil edirdi. Bunlardan birində də qol vurdu. Amma rəqib, görünən odur ki, topla yaxşı davranırdı və xüsusilə də cinahlardan asmalara çox üstünlük verirdi. Bərabərlik qolunu da həmin vəziyyətdən vurdular.