AL: Kamilo Duran "Beşiktaş"ı məyus edə biləcək?

AL: Kamilo Duran "Beşiktaş"ı məyus edə biləcək?
Dünən bir oyunla start götürən UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda digər matçlar bu gün keçiriləcək.
Fanat.Az xəbər verir ki, 17 matçdan 8-i Bakı vaxtı ilə 21:45-də, 9-u isə gecəyarısı (00:00) başlayacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Şotlandiyada "Seltik"in (Celtic) qonağı olacaq. Beləliklə, "Qarabağ"ın sabiq forvardı, britaniyalıların heyətində məhsuldarlığı ilə də diqqət çəkən Kamilo Duran (Camilo Durán, Camilo Duran) "qara qartallar"ı da məyus etməyə çalışacaq.
İtaliya nəhəngi "Yuventus" (Juventus) Niderlandda "AZ Alkmaar" ilə, "Milan" isə evdə Macarıstanın "Ferentsvaroş" (Ferencváros, Ferencvaros) komandası ilə qarşılaşacaq.
Ötən gün baş tutan "Renn" (Fransa) - "Olimpiakos" (Yunanıstan) matçı 0:0 bitib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr
21:45. "Milan" (İtaliya) - "Ferentsvaroş" (Macarıstan)
21:45. "Anderlext" (Belçika) - "Zalsburq" (Avstriya)
21:45. "Kristal Pelas" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
21:45. "Levski" (Bolqarıstan) - "Yagelloniya" (Polşa)
21:45. "Lillestrem" (Norveç) - "Viktoriya" (Çexiya)
21:45. "NEK Neymegen" (Niderland) - "Omoniya" (Kipr)
21:45. "Real Sosyedad" (İspaniya) - "Olimpik Lion" (Fransa)
21:45. "Sparta" (Çexiya) - "Bornmut" (İngiltərə)
00:00. "Hapoel Beer-Şeva" (İsrail) - OFİ (Yunanıstan)
00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Olimpik Marsel" (Fransa)
00:00. "Benfika" (Portuqaliya) - "Lex" (Polşa)
00:00. "Selta" (İspaniya) - "Yunion" (Belçika)
00:00. "Şturm" (Avstriya) - "Selye" (Sloveniya)
00:00. "Sanderlend" (İngiltərə) - "Dinamo Zaqreb" (Xorvatiya)
00:00. "Seltik" (Şotlandiya) - "Beşiktaş" (Türkiyə)
00:00. "Torrense" (Portuqaliya) - "Ararat-Armenia" (Ermənistan)
00:00. "AZ Alkmaar" (Niderland) - "Yuventus" (İtaliya)
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər