UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədlərin ənənəvi dörd nəfərlik siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda 4-cü turda iki və 3 qol vuran oyunçular - Anastasios Douvikas, Aleksey Batrakov, Fabian Ruis və Kasper Yorgensen yer alıb.
LASK-ın müdafiəçisi Kasper Yorgensen "Slovan"la matçda 2 qol vurub.
"Qalatasaray"ın hücumçu yarımmüdafiəçisi Aleksey Batrakov "Ştutqart"la matçda dubl edib.
PSJ-nin mərkəz yarımmüdafiəçisi Fabian Ruis "Vilyareal" ilə matçda rəqibini 2 dəfə meydanın mərkəzinə dəvət edib.
Het-trik edən yeganə oyunçu "Komo"nun ön xətt oyunçusu Anastasios Douvikas oldu. O, "Lans" üzərində 9:1 hesabı ilə qələbədə əsas pay sahibi olub.
Səsvermə UEFA-nın rəsmi saytında keçiriləcək.
Mirağa