Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər

Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər

Azərbaycanın cüdo millisi Beynəlxalq Cüdo Federasiyasının (International Judo Federation) təqviminə əsasən noyabrın 13-dən 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti (ACF) məlumat yayıb.

Los-Anceles-2028 (Los Angeles 2028) Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq. Təmsilçilərimiz 9 çəki dərəcəsində mübarizə aparacaqlar.

Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik (Robert Krawczyk), qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) tatamiyə çıxacaq.

Qadınlardan ibarət yarışda Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvələrini sınayacaqlar.

Kişilər arasında isə Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri (Ushangi Kokauri) və Kənan Nəsibov (hər ikisi +100 kq) qalib olmağa çalışacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər