Misli Premyer Liqasının (MPL) 11-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bakı təmsilçisinin sözçüsü Heybət Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, komanda naxçıvanlılarla görüşə tam heyətlə hazırlaşır.
O, "Şəfa"nın sıralarında cəzalı və ya zədəli oyunçu olmadığını bildirib.
Qeyd edək ki, "Şəfa" - "Araz-Naxçıvan" qarşılaşması noyabrın 7-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək. Hazırda 3 xalı olan "qırmızı-ağlar" MPL-in turnir cədvəlində 12-ci - sonuncu, "hepardlar" isə 4 xalla 11-ci pillədə mövqe tutub.
Nihat