MY Didye Deşam ilə əlaqəyə keçib

MY Didye Deşam ilə əlaqəyə keçib

"Mançester Yunayted" (Manchester United) rəhbərliyi 2026-cı il Dünya Çempionatından sonra Fransa milli komandasındakı postundan ayrılan Didye Deşam (Didier Deschamps) ilə rəsmi əlaqə qurub.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" baş məşqçi Maykl Kerriklə (Michael Carrick) yolların ayrıla biləcəyi ehtimalına qarşı yeni mütəxəssis axtarışlarını aktiv şəkildə davam etdirirlər.

Fransa yığması ilə böyük uğurlar qazanmış təcrübəli məşqçinin Premyer Liqada çalışmaq variantına müsbət baxdığı bildirilir.

Tərəflər arasında ilk danışıqların müsbət məcrada keçdiyi vurğulanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər