Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, “Portuqaliya hər zaman qəlbimdə olacaq” ifadələrini işlədib.
Forvard Portuqaliya millisinin heyətində 234 matça çıxıb. Ronaldu bu oyunlarda 146 qol vurub, 45 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya yığmasında çıxış edib. Kriştianu milli komanda ilə 2016-cı ildə Avropa çempionu olub. O, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi adını da qazanıb.