Misli Premyer Liqasının (MPL) 11-ci turunda "Şəfa"nın qonağı olacaq "Araz-Naxçıvan"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komandada cəzalı oyunçu yoxdur.
Xaçvari diz bağları qopan burkina fasolu müdafiəçi İssuf Paronun uzun müddətə sıradan çıxdığı bəllidirsə, 3 yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı sual altındadır. Bunlar Alberto Fernandes, Rövlan Muradov və Mustafa Əhmədzadədir.
Qeyd edək ki, "Şəfa" - "Araz-Naxçıvan" qarşılaşması noyabrın 7-də keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək. Hazırda 3 xalı olan "qırmızı-ağlar" MPL-in turnir cədvəlində 12-ci - sonuncu, "hepardlar" isə 4 xalla 11-ci pillədə mövqe tutub.
Nihat