"Kəpəz"in legioneri milliyə dəvət aldı

"Kəpəz"in legioneri milliyə dəvət aldı
"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Gəncə klubunun mətbuat xidməti yayıb.
28 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasında Qazaxıstan və Farer adaları yığmaları ilə oyunlar üçün heyətə cəlb edilib.
Xatırladaq ki, Qazaxıstanla görüş noyabrın 13-də, növbəti matç isə bundan üç gün sonra baş tutacaq. Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub. Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər