Misli Premyer Liqasının (MPL) 11-ci turunda "Zirə"nin qonağı olacaq "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bölgə təmsilçisinin sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Yeton Bekiri bu matçda bir oyunçunun xidmətindən yararlana bilməyəcək:
"Qapıçı Artur Motta hazırda zədəlidir. Cəzalı oyunçu isə yoxdur".
Qeyd edək ki, "Zirə" - "Qəbələ" qarşılaşması noyabrın 7-də keçiriləcək. Zirə İK stadionunda reallaşacaq görüşün start fiti 18:30-da səsləndiriləcək. Hazırda 16 xalı olan "qartallar" MPL-in turnir cədvəlində 6-cı, "qırmızı-qaralar" isə 8 xalla 10-cu pillədə mövqe tutub.
Nihat