"Barselona" ÇL-dəki darmadağınla son 100 ilin rekorduna imza atdı

"Barselona" ÇL-dəki darmadağınla son 100 ilin rekorduna imza atdı
"Barselona" (Barcelona) son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb.
Fanat.Az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Hans-Diter Flikin (Hans-Dieter Flick) rəhbərlik etdiyi komanda buna cari mövsümdə keçirdiyi 15 rəsmi matçda 60 qol vuraraq nail olub.
"Blauqrana" rekordu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Aston Villa"nı 3:0 hesabı ilə yenərək müəyyənləşdirib.
Sözügedən klub 1926/1927 mövsümündə daha parlaq performans sərgiləyib. Həmin vaxt İspaniya nəhəngi Cek Dombi (György Dombi) və Roma Fornsun (Romal Forns) rəhbərliyi altında ilk 15 rəsmi matçda 69 qol vurub.
Qeyd edək ki, "Barselona" ÇL-də Azərbaycan təmsilçisi "Sabah"ın rəqibidir. Tərəflər noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər