Azərbaycan futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya (Česko, Czech Republic) seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə komandalar 2:2 hesablı heç-heçə edib.
Millimizin ilk qolunu Kənan Manafov 12-ci dəqiqədə vurub. Digərini isə Radim Zaruba (Radim Záruba), 17-ci dəqiqədə öz qapısına göndərib.
Rəqibə gəlincə, birinci dəfə Mixal Sidler (Michal Seidler) 21-ci dəqiqədə fərqlənib. İkinci qolu Murad Quluzadə 25-ci dəqiqədə öz qapısına vurub.
Xatırladaq ki, Azərbaycan millisi Çexiya ilə ilk qarşılaşmada 1:2 hesabı ilə uduzub.
Yığmamız növbəti matçını noyabrın 8-də Bakıda Latviya (Latvija, Latvia) seçməsinə qarşı keçirəcək.