Bu gün Misli Premyer Liqasında birinci dövrənin sonuncu - 11-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının "Zəfər turu" adlandırdığı tur Azərbaycanın ən köklü 4 klubunun duelləri ilə başlayacaq.
Söhbət "Neftçi", "Kəpəz", "Qarabağ" və "Turan Tovuz"dan gedir.
Turun açılış oyunu “Qarabağ” və “Turan Tovuz" arasında olacaq. Fərid Hacıyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da başlayacaq.
Mərkəzi görücün ardından meydana “Neftçi” çıxacaq. Paytaxt təmsilçisinin rəqibi son 7 oyunda uduzmayan, əzəli rəqibi “Kəpəz” olacaq. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
"Zəfər turu"nun digər oyunları noyabrın 7-də və 8-də keçiriləcək.
Misli Premyer Liqası
11-ci tur
6 noyabr
18:00. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azersun Arena”.
20:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Palms Sports Arena”.