Azərbaycan Basketbol Liqasında 6-cı tur bu gün start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Açılış oyununda son çempion "Sabah" "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, turun qalan oyunları 7 noyabr (Neftçi - NTD) və 8 noyabrda (Gəncə – Sumqayıt, Naxçıvan - LANDAU Lions) keçiriləcək.
ABL
6-cı tur
6 noyabr
20:00. Ordu – Sabah
Bakı. Milli Gimnastika Arenası.
1. Neftçi 4 4 0 +25 8
2. Sabah 4 3 1 +45 7
3. Naxçıvan 4 3 1 +10 7
4. Ordu 4 2 2 +33 6
5. LANDAU Lions 4 2 2 +51 6
6. Sumqayıt 5 1 4 -55 6
7. Gəncə 4 2 2 +18 6
8. NTD 5 0 5 -127 5