Ötən gün avrokuboklarda keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycanın əmsallar cədvəlində mövqeyi dəyişməz qalıb. Ən yaxın izləyicimiz İsrailin təmsilçisi "Hapoel"in (Beer-Şeva) Avropa Lİqasında məğlub olması işimizə yarayıb. Sözügedən ölkənin əmsalı əvvəlki kimi, 24.125-ə bərabərdir.
Cari mövsümdə 5.625 əmsal (bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür) qazanan ölkəmizi ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.
Azərbaycanın qitə sıralamasında 24-cü yerdədir. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,837-yə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (107.685) başçılıq edir.
Mirağa