"Arsenal" trasnfer fikrindən daşınmır - Biri Yıldız, digəri isə...

"Arsenal" trasnfer fikrindən daşınmır -  Biri Yıldız, digəri isə...
İngiltərənin "Arsenal" klubu 2027-ci ilin yanvar transfer pəncərəsində heyətinə iki hücumameyilli futbolçu cəlb etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Məlumata görə, London təmsilçisinin transfer siyahısında "Bornmut"un (Bournemouth) futbolçusu Eli Junior Krupi (Éli Junior Kroupi, Eli Junior Kroupi) və "Yuventus"un (Juventus) cinah oyunçusu Kenan Yıldız yer alır.
Mikel Arteta hücum xəttində seçim imkanlarını artırmaq istəyir. Xüsusilə bir neçə mövqedə çıxış edə bilən universal hücumçuların transferi baş məşqçinin əsas prioritetlərindəndir.
"Arsenal" yay transfer pəncərəsində də Eli Junior Krupi ilə maraqlanıb. Lakin futbolçunun mövsümöncəsi hazırlıq zamanı ayağından aldığı zədə və əməliyyat keçirməsi transfer planlarının reallaşmasına mane olub.
20 yaşlı Fransa U-21 millisinin üzvü ötən mövsüm "Bornmut"un heyətində bütün turnirlərdə 35 oyuna çıxaraq 13 qol vurub. Zədəsini sağaldan futbolçu artıq meydana qayıdıb.
Krupi ilə "Mançester Yunayted" (Manchester United), "Tottenhem" (Tottenham Hotspur), "Bayern Münhen" (Bayern München, Bayern Munich) və PSJ (Paris Saint-Germain) klublarının da maraqlandığı bildirilir. Bununla belə, "Bornmut"un qış transfer pəncərəsində futbolçunu satmağa isti yanaşmadığı qeyd olunur.
"Arsenal"ın digər transfer hədəfi Türkiyə millisinin üzvü Kenan Yıldızdır. London klubu daha əvvəl də gənc futbolçu ilə maraqlanıb.
21 yaşlı hücumçu "Yuventus"un əsas perspektivli oyunçularından hesab olunur. Onun transferi isə Turin təmsilçisinin mövqeyindən asılı olacaq.
Məlumatda bildirilir ki, "Yuventus"un Çempionlar Liqasına vəsiqə qazana bilməməsi klubun maliyyə vəziyyətinə təsir göstərə və Yıldızın mümkün satışını gündəmə gətirə bilər.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər