İngiltərənin "Mançester Yunayted" (Manchester United) klubu yanvar transfer pəncərəsində müdafiənin sağ cinahını gücləndirmək üçün İtaliyanın "Roma" klubunun futbolçusu Uesli Fransanı (Wesley França) heyətinə qatmaq imkanını dəyərləndirir.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı müdafiəçini komandadan ayrılması gündəmdə olan Dioqo Dalotun (Diogo Dalot) əsas əvəzləyicisi kimi nəzərdən keçirir.
Bu barədə "Football Insider" nəşri məlumat yayıb.
İngiltərə təmsilçisinin qış transfer pəncərəsi açılan kimi İtaliya klubu ilə rəsmi danışıqlara start verəcəyi gözlənilir.