“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri (Jeton Beqiri) Misli Premyer Liqasının 11-ci turu çərçivəsind səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur. Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var".