Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazandılar

Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazandılar
Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.
Fanat.Az xəbər verir ki, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq ikinci yeri tutublar.
Bu nəticə ilə Selcan və Maqsud qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.
Belarus gimnastları qızıl, Yaponiya (Japan) təmsilçiləri isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizəni davam etdirirlər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər