“Bu cür müdafiə olunan rəqibə qarşı yaxşı hücumlarımız oldu” - Qurban Qurbanov

“Bu cür müdafiə olunan rəqibə qarşı yaxşı hücumlarımız oldu” -  Qurban Qurbanov
Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ” doğma meydanda “Turan Tovuz” ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi matçdan 0:1 hesabı ilə məğlub ayrılıb.
Görüşdən sonra “köhlənlər”in baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
Zəfər turu idi. Böyük zəfərə görə, xalqımızı təbrik edirəm. Qürurlu günlər idi. Matça gəlincə, əlbəttə ki, qalib gəlmək istəyirdik. Futbolçularımdan razı qaldım. Müdafiə olunmağı, əks-hücuma çıxmağı bacaran bir rəqibə qarşı oynayırdıq. Demək olar ki, bəzi epizodların qarşısını aldıq. Lakin onlar sonda qələbə qazandılar. Buna baxmayaraq, yolumuza davam edəcəyik. Yaxşı hücumlarımız oldu. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.
- 3 matçdır “Qarabağ” qol vəziyyətləri yaradır, lakin istifadə edə bilmir. Səbəbi nədir?
- Hər şey demək olar. Bəxtsiz demək istəmirəm. Ümumən bir-birimizi tamamlamaqda çətinlik çəkirik. Bu cür müdafiə olunan rəqibə qarşı yaxşı hücumlarımız oldu.
- Məğlubiyyətin səbəblərindən biri də stadionun dəyişməsi demək olar?
- Yox. Düşünmürəm ki, budur. Ötən mövsüm Tofiq Bəhramovda oynayarkən də “Turan Tovuz”a məğlub olmuşduq.
- Heyətin tam adaptasiya prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiniz?
- Düzü, gözləmirdim. Yaxşı olacağını düşünürəm. Son vaxtlar pozitiv oyun görürəm. Hər şeyi düzəltməyə çalışacağıq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər