"Bu nəticəyə görə çox təəssüflənirik" - İlham Yadullayev

"Bu nəticəyə görə çox təəssüflənirik" - İlham Yadullayev
1-ci Liqanın 7-ci turunda "Zaqatala"nın qonağı olan MOİK Bakıya 1:1 hesablı heç-heçə ilə qayıtdı. "Hərbçilər"in baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb Zaqataladakı bərabərliyi dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qələbə qazanmalıydıq. Çox təəssüf ki, oyun heç-heçə bitdi. Bərabərliklə kifayətlənməli olduq. Oyunun gedişinə baxsaq, çox sayda qol fürsətini dəyərləndirə bilmədik. Xüsusilə birinci hissədə fərqlənmək üçün yaxşı şanslar yaxaladıq. İlk hissənin sonlarında qapımızda qol gördük. Fasilədən sonra da vəziyyəti dəyişməyə, qələbə qazanmağa kökləmişdik. Lakin hesabı bərabərləşdirsək də, başqa qol vurmaq mümkün olmadı. Matçın sonunda isə penalti şansını boşa verdik. Bu nəticəyə görə çox təəssüflənirik. Üç xallıq oyun idi. Ancaq istənilən halda səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər