Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz” səfərdə “Qarabağ” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Matçdan sonra qonaqların baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb:
Müdafiədə çox oynamalı olduq. “Qarabağ” çox güclü komandadır.
- “Turan Tovuz” liderlərlə görüşdə məğlub olmadı. Bu o deməkdir ki, komandanız yüksəlişə keçib?
- Bunu demək çətindir. Mən daha çox uşaqlara görə sevinirəm ki, onlar liderlərə qarşı qələbə qazanmağa inanırdı.
- Faiq Hacıyevin gələcəyini komandada necə görür?
- Faiq komandamızın yaxşı oyunçularından biridir. O çox məşq edir.
- Komandanın çempionluqda mübarizə aparmaq üçün hansısa transferə ehtiyacı var?
- Bu məsələlərə mən baxmıram. Sualı klub prezidentinə ünvanlasanız yaxşı olar.
Əlisahib İbrahimli