AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransına qatılıblar

AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransına qatılıblar
AFFA baş katibinin müavini, UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədov və digər nümayəndələr noyabrın 4-5-də Çexiyanın (Česko, Czechia) paytaxtı Praqada UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfransda iştirak ediblər.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Konfransda Avropa klublarının futbol mənzərəsi, klub lisenziyalaşdırılması sahəsində yeniliklər, maliyyə davamlılığı, idarəetmə, uyğunluq və risklərin idarə edilməsi, eləcə də maliyyə sahəsində süni intellektin tətbiqi kimi mövzular müzakirə olunub.
Həmçinin qadın futbolunda davamlı yarışların təşkili və inkişafı, Avropa ölkələrinin klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunda bu sahənin 30 illik inkişaf yolu barədə təqdimatlar keçirilib.
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransına qatılıblarAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransına qatılıblarAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransına qatılıblar
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər