Azərbaycanın tamblinq yığması ardıcıl üçüncü dəfə dünya çempionu oldu

Azərbaycanın tamblinq yığması ardıcıl üçüncü dəfə dünya çempionu oldu
Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında uğura imza ataraq qızıl medal qazanıblar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyası yayıb.
Mixail Malkin (Mikhail Malkin), Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan (Aleksey Karatashov) ibarət tamblinq yığması 25 xalla qızıl medala sahib çıxıb.
Komanda Danimarka (Danmark, Denmark) seçməsini 1 xal qabaqlayaraq çempion olub.
Qeyd edək ki, Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər