“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunda qazandıqları qələbədən (1:0) danışıb.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Hər kəsi Zəfər Günü bayramı münasibətilə təbrik edirəm. Qoy Azərbaycanda həmişə sülh olsun, insanlar istədikləri kimi yaşasınlar. Oyuna gəlincə, çox şadam ki, meydana çıxan futbolçular nəticə verirlər. Ehtiyat oyunçular skamyası çox yaxşı vəziyyətdədir və hər kəs oynamaq istəyir. Həmişə əvvəldən bilirik ki, kim start heyətində yer alacaq və kim kimi əvəz edəcək. Komandamızda çox gözəl rəqabət var. Bu məni çox qane edir və sevindirir. 7 futbolçumuz öz milli komandalarına dəvət alıblar ki, onlara görə çox şadam. Onlara demişəm ki, qalib gəlmək üçün əlllərindən gələni etsinlər, amma həm də zədə almadan qayıtsınlar".