“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə məğlubiyyəti (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlamasında belə danışıb:
“Biz “Neftçi”yə – prinsipial rəqibimizə və hazırda çempionatın liderinə qarşı oynadığımızı bilirdik. Futbolçular əllərindən gələni etdilər. Təbii ki, bura məğlub olmaq üçün gəlməmişdik, xal qazanmağa çalışırdıq. Təəssüf ki, uduzduq. Nəticəyə baxmayaraq, futbolçularıma təşəkkür etmək istəyirəm. “Millimiz”ə də uğurlar arzulayıram. Yığmaların oyunları ilə əlaqədar yaranan bu fasilə müddətində daha səylə çalışmağa davam etməliyik. İnanıram ki, bu futbolçular və bütövlükdə “Kəpəz” çempionatımızı daha maraqlı etməyə davam edəcəklər.