Misli Premyer Liqasında 11-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən "Zəfər turu"nda bu gün daha 2 oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında autsayderlər üz-üzə gələcəklər. Turnir cədvəlinin son iki pilləsində qərarlaşan "Şəfa" ilə "Araz-Naxçıvan"ın dueli Sumqayıtda baş tutacaq.
Günün digər qarşılaşmasında isə "Zirə" "Qəbələ"ni sınağa çəkəcək. Qəsəbə təmsilçisi qalib gəlməklə turnir mövqeyini bir qədər yaxşılaşmağa və liderlərdən aralanmamağa çalışacaq.
Dünən keçirilən oyunlarda "Qarabağ" doğma meydanda "Turan Tovuz"a 0:1 uduzub, "Neftçi" isə "Kəpəz"i 1:0 yenərək əliboş yola salıb. Tura sabah "İmişli" – "Sumqayıt" və "Sabah" – "Şamaxı" qarşılaşmaları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
11-ci tur
7 noyabr
16:00. "Şəfa" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Sumqayıt. "SOCAR Polymer Arena".
18:30. "Zirə" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə. İdman Kompleksinin stadionu.