"Önəmli 3 xal qazandıq" - Rəşad Sadıqov

"Önəmli 3 xal qazandıq" - Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Oyuna olduqca yaxşı başladıq, erkən qol vurduq. Qoldan sonra üstünlük rəqibin tərəfinə keçdi. Birinci hissənin sonuna qədər aqressiv pressinq tətbiq edirdilər. Buna görə ilk yarıda oyunumuz alınmırdı. Fasilədən sonra oyun dəyişdi və tədricən üstünlük bizə keçdi. 60-cı dəqiqədən sonra meydanda istədiyim “Zirə”ni görürdüm. Çoxsaylı hücumlar edirdik. Amma rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin (Jeton Beqiri) gəlişindən sonra “Qəbələ”də irəliləyiş var. Bilirdik ki, bu gün oyun bizim üçün ağır keçəcək. Davit Volkovun (Davit Volkovi) yaxşı epizodu oldu. Sonda Vierinya (Vieirinha) – Kris Diqbeu (Chris Digbeu) kombinasiyası ilə müdafiəni yarıb qol vura bildik. Önəmli 3 xal qazandıq”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər