“Kəpəz”in fasilə dövrü üçün planları bilindi

“Kəpəz”in fasilə dövrü üçün planları bilindi
"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, dünən Misli Premyer Liqasının 11-ci turunda "Neftçi" ilə qüvvəsini sınayan komandanın üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, "sarı-göylər" hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında Birinci Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.
Fasilədən sonra "Kəpəz" Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma publika önündə "Qarabağ"a qarşı keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər