MPL: Sumqayıtda heyətlər bilindi, "Zirə" "Qəbələ"yə qarşı - YENİLƏNİR

MPL: Sumqayıtda heyətlər bilindi, "Zirə" "Qəbələ"yə qarşı -  YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 11-ci turun daha iki oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk qarşılaşması Sumqayıtda baş tutacaq.
Turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan komandalar - "Şəfa" ilə "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bu mövsüm çempionatda qələbənin nə olduğunu bilməyən Naxçıvan təmsilçisi "Gənclik şəhəri"ndə ilk qalibiyyətini əldə etməyə çalışacaq. Paytaxt klubu isə turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edərək mövqeyini daha da yaxşılaşdırmağı hədəfləyir.
Günün digər matçında "Zirə" və "Qəbələ" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək.
Dünən keçirilən oyunlarda "Qarabağ" doğma meydanda "Turan Tovuz"a 0:1 uduzub, "Neftçi" isə "Kəpəz"i 1:0 yenərək əliboş yola salıb. Tura sabah "İmişli" – "Sumqayıt" və "Sabah" – "Şamaxı" qarşılaşmaları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
11-ci tur
7 noyabr
16:00. "Şəfa" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Sumqayıt. "SOCAR Polymer Arena".
“Şəfa”: 97. Tiaqo Silva (Thiago Silva) 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko (Bafodé Dansoko) 4. Maudo Jarjue (Maudo Jarjué) 17. Musa Quel (Musa Quele) 11. Andrey Draqu (Andrei Dragu) 9. Luis Felipe (Luiz Felipe).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 8. Vlad Pop 22. Umar Diav (Oumar Diouf) 34. Kristofer Mamenqi (Christopher Mamanqui, Christopher Mamenqi) 7. Treyvon Fuller (Trayvon Fuller).
Baş məşqçi: Zaur Həşimov.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto (Artur Augusto) 14. Ülvi İsgəndərov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç (Bojan Letić, Bojan Letic) 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane (Mamadou Kané, Mamadou Kane) 12. Bruno Franko (Bruno Franco) 10. Şarl Boli (Charles Boli) 5. Luka Dumançiç (Luka Dumančić, Luka Dumancic).
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov (Yuriy Maksimov).
18:30. "Zirə" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə. İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər