Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək

Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 9-dan 17-dək təlim-məşq toplanışı keçəcək.
Fanat.Az xəbər verir ki, yığma hazırlıq prosesində Bakıdakı "Dalğa" Təlim-Məşq Mərkəzində məskunlaşacaq.
Baş məşqçi Rəşad Eyubov komandanı toplanış çərçivəsində iki yoldaşlıq oyununda da sınayacaq. Belə ki, U-21 noyabrın 14-də və 17-də Oman U-23 millisi ilə qarşılaşacaq.
Görüşlərin keçiriləcəyi stadion və başlama saatı barədə əlavə məlumat veriləcək.
U-21-n hazırlıq prosesinə dəvət olunan futbolçuların siyahısı:
Sadiq Məmmədzadə – İmişli
Səlim Həşimov – Gəncəbasar
Teymur Həsənov – Qarabağ
Ceyhun Bağırzadə – Şamaxı
Elgün Dünyamaliyev – Sabah
Hüseyn Hüseynov – Mingəçevir
Timur Vəliyev – Master-Saturn (Rusiya)
Məhəmməd Məhəmmədov – Neftçi
Həsən Məmmədli – Rot-Vays Oberhausen (Almaniya)
Mikael Cəbrayılov – İnter Barselona (İspaniya)
Allahverdi Rəhimov – Zaqatala
Elnur Mustafayev – Mingəçevir
Yusif Hacıyev – Zirə
Qədir Ramazanov – Qəbələ
Ceyhun Kəlbəliyev – Şimal
Dinamin Bağırov – Gəncəbasar
Cuma Hüseynov – Qəbələ
Elmar Məmmədov – Şəfa
Əli Xəlilov – Aleksandriya (Ukrayna)
Müzəffər Qurbanov – Dnepr (Belarus)
İlkin Cəfərli – Sabah
Elşən Hidayətov – Baku Sporting
Yusif Mehtiyev – Lokomotiv (Gürcüstan)
Niyazi Osmanov – Şimal
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər