Rüfət komandasına qələbə qazandırdı

Rüfət komandasına qələbə qazandırdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparan Berlin “Dinamo”suna qələbə qazandırıb.

Fanat.Az xəbər verir ki, o, 16-cı turda səhnəyə çıxıb.
“Babelsberq”in (Babelsberg) qonağı olan Berlin təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib. Start "11-lik"də yer alan və 90 dəqiqə meydanda olan Rüfət 90+2-ci dəqiqədə yeganə qola imza atıb.
Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran “Dinamo” hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər