"Qarabağ"dan ayrılan Abbas Hüseynov nə işlə məşğuldur?

"Qarabağ"dan ayrılan Abbas Hüseynov nə işlə məşğuldur?
Uzun illər "Qarabağ"ın şərəfini qorumuş və bir müddət əvvəl Ağdam təmsilçisindən ayrılan Azərbaycan milli komandasının sabiq müdafiəçisi Abbas Hüseynov özünü yeni sahədə sınayır.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu yaşıl meydanlardakı karyerasından sonra diqqətini sahibkarlıq və biznes fəaliyyətinə yönəldib.
Paytaxtda halal ət və ət məhsulları, həmçinin dondurulmuş yarımfabrikatların satışı ilə məşğul olan "Meat Food" mağazası məhz Abbasa məxsusdur.
Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ildən “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Tərəflər 2026-cı ilin oktyabrında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər