"Kəpəz"in kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

"Kəpəz"in kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi
"Kəpəz" PFK-nın kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi, əsas komandanın məşqçi, texniki və futbolçu heyətinin ziyarəti zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Öncə Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Daha sonra qəhrəman oğullarımızın məzarları üzərinə tər güllər düzülüb.
"Kəpəz"in kollektivi həmişə olduğu kimi, fan-klubun üzvləri Anar Məmmədov və Əmrah Rajapov, eləcə də Gəncə futbolunun yetirməsi, vaxtilə "Kəpəz"in heyətində forma geyinmiş İlqar Bürcəliyevin məzarlarını ziyarət edilib, onların ruhuna dualar oxuyub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər