MPL: "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edir - YENİLƏNİR

MPL: "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edir - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 11-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşacaq.
Öncə “İmişli” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Matçın baş hakimi Əkbər Əhmədov olacaq.
Turun qapanış matçında isə “Sabah” öz meydanınsa “Şamaxı” ilə qarşılaşacaq. Bu görüşdə ədaləti Kamal Umudlu qoruyacaq.
Xatırladaq ki, daha öncə “Qarabağ” “Turan Tovuz”a (0:1) uduzub, “Neftçi” “Kəpəz”i (1:0), “Zirə” “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” (2:2) matçında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
11-ci tur
8 noyabr
“İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”, 17:30.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər