“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər (Arda Güler, Arda Guler) İspaniya La Liqasının 12-ci turunda “Valensiya”ya (Valencia) qarşı keçirilən oyunda möhtəşəm performans göstərib.
Fanat.Az xəbər verir ki, Madrid klubu səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.
Arda Gülər qarşılaşmanın 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub. 75-ci dəqiqədə isə türkiyəli futbolçu Kilian Mbappeyə (Kylian Mbappé, Kylian Mbappe) məhsuldar ötürmə edərək onun hesabı 3:0-a çatdırmasına şərait yaradıb.
O, 84-cü dəqiqədə əvəzlənib.
AS nəşri isə Mbappenin qolunda Ardanın ötürməsini xüsusi vurğulayıb və türkiyəli futbolçunun qarşılaşmada komandanın əsas fiqurlarından biri olduğunu qeyd edib.
Gülər matçın oyunçusu seçilib.
Bu qələbədən sonra “Real Madrid” 30 xala yüksələrək lider “Barselona”ya (Barcelona) çatıb. “Kral klubu”nun ardıcıl qələbələrinin sayı isə 8-ə yüksəlib.