"Rəqibdən yaxşı oynadıq" - Filipe Kandido

"Rəqibdən yaxşı oynadıq" - Filipe Kandido
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido (Filipe Cândido, Filipe Candido) Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə etdikləri matçı (0:0) şərh edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib:
"Təxminən bilirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız "Neftçi" və "Qarabağ" burada bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib oyun idi. Biz rəqibdən yaxşı oynadıq. Amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Asan deyildi. Rəqib kompakt müdafiə olunursa, çətindir. “İmişli"nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi olaraq, istəyirdim ki, qələbə qazanaq. İkinci hissədə qol vurduq. Çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda sadəcə "Zirə"yə uduzmuşuq. Amma oyunumuzu inkişaf etdirməliyik. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər