ABL: Bu gün 6-cı tura yekun vurulacaq

ABL: Bu gün 6-cı tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında 6-cı tur başa çatacaq.

Fanat.Az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
"Gəncə" - "Sumqayıt" matçı saat 14:00-da, "Naxçıvan" - "LANDAU Lions" görüşü saat 15:00-da start götürəcək.
Oyunlar müvafiq olaraq Gəncə İdman Sarayında və Milli Gimnastika Arenasında baş tutacaq.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər